Elmlər Akademiyası ərazisinin ən premium yaşayış komplekslərindən biri olan “Shokolad Tower”da qanuni 3 otaqlı, 185 kv.m sahəyə malik mənzil satışdadır. Mənzilin layihəsi olduqca əlverişlidir və rahatlıqla 4 otağa çevirmək mümkündür.
Bina Mətbuat prospektində, şəhərin prestijli və rahat nöqtələrindən birində yerləşir. Mənzil təmirsizdir (pod mayak), bu da sizə öz zövqünüzə uyğun fərdi dizayn və keyfiyyətli təmir etmə imkanı yaradır. Mərtəbəsi idealdır.
Sənəd çıxarışdır və dövlət ipotekasına tam yararlıdır. Mənzilin baxışı Musabəyov parkı və Mətbuat prospekti istiqamətinədir.
Kompleks yüksək səviyyəli infrastruktur, mühafizə sistemi, sürətli liftlər və yeraltı parking ilə təmin olunub.
Ətraflı məlumat və mənzilə baxış üçün birbaşa əlaqə saxlaya bilərsiniz.